Taking too long? Close loading screen.

“ADY Express” şirkəti “TransPoland-2017” sərgisində

2017-11-08

“ADY Express” şirkəti Polşanın Paytaxtı Varşava şəhərində təşkil olunan “TransPoland-2017” 5-ci Beynəlxalq nəqliyyat və loqistika sərgisində iştirak edir. Noyabrın 8-dən 10-dək keçirilən sərgidə 30-a yaxın ölkədən 170 şirkət təmsil olunur. Sərgidə dəmir yolu sahəsində çalışan iri dövlət şirkətləri, beynəlxalq korporasiyalar, yükdaşımalar və loqistik kompaniyalar və digərləri öz xidmətlərini təqdim ediblər.
Sərgidə yükdaşımalar və loqistika sahəsində öz imkanlarını nümayiş etdirən “ADY Express”, Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarına tranzit yüklərinin cəlb olunması istiqamətində fəaliyyətini sərgilədi. Azərbaycan təmsilçisinin stendinə maraq olduqca böyük idi. Avropa şirkətləri əsasən Asiya ilə Avropa arasında yüklərin nəql edilməsinə maraq göstərərək, ölkəmizin dəmir yollarına maraq göstəriblər. Keçirilən görüşlərdə Azərbaycan ərazisindən keçməklə Cənub-Qərb, Şərq-Qərb və əks istiqəmətlərdə yüklərin daşınması diqqət mərkəzində olub.
Sərgi çərçivəsində, təşkil olunan “Polşa-Asiya multimodal forum”da çıxış edən “ADY Express”-in strateji inkişaf və marketinq departamentinin rəhbəri Murad Alxazov, Avropa ilə Asiya arasında yüklərin nəql edilməsində, Azərbaycan dəmir yollarının rolu və Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üstünlükləri haqqında danışıb. Eyni zamanda Azərbaycan və regionda həyata keçirilən iri infrastruktur layihələri barədə forum iştirakçılarına məlumat verən, ADY Expressin təmsilçisi, həmin layihələr hesabına Avropa-Asiya yükdaşımalar sistemində yaranan yeni imkanlar haqqında söhbət açıb.
Qeyd edək ki, 5-ci beynəlxalq nəqliyyat və loqistika sərgisinin işində müxtəlif ölkələrdən 10 minə yaxın mütəxəssis iştirak edir. Aparılan çoxsaylı danışıqlar zamanı “ADY Express” MMC-nin əməkdaşları, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutlarına əlavə yüklərin cəlb olunması üçün yeni tərəfdaşlar qazanıblar.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016