Taking too long? Close loading screen.

Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub

2017-11-15

Bu gün Bakıda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin (TBNM BA HŞB) ümumi yığıncağı keçirilir.
Tədbirdə 2017-ci il üzrə TBNM BA HŞB-nin işinə dair yekun hesabat; 2018-ci il üçün daşınma həcminə dair planın təstiqlənməsi; 2018-ci il üçün TBNM BA HŞB-nin büdcəsinin təsdiqlənməsi; 2018-ci il üçün tədbirlər planının, Ümumi yığıncaq iclasları üzrə planın, 2018-ci il üçün illik üzvlük haqqının miqdarının və həmçinin BTNM BA HŞB-nin ştat cədvəlinin təsdiqlənməsi; 2018-ci il üçün BTNM üzrə tariflərin razılaşdırılması və təsdiqlənməsi; 2018-ci il üçün Bakı-Tbilisi-Qars dəmir yolu üzrə tariflərin razılaşdırılması və təsdiqlənməsi; 2017-ci il üçün TBNM BA HŞB-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair auditin keçirilməsi; TBNM BA HŞB Ümumi yığıncağının və İdarə heyətinin tapşırıqları çərçivəsində həlli tapılmayan məsələlər və TBNM BA HŞB-yə yeni üzvlərin qəbulu məsələləri müzakirə olunur.
Müzakirələrdə ölkələrarası yük axınının artırılması, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsi, Avrasiyada perspektiv nəqliyyat dəhlizlərindən biri kimi TBNM-in vacibliyi qeyd olunub. Eyni zamanda bu dəhlizin potensialından istifadə edilməsinin, bu istiqamətə yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bundan sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək.
“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının sonunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev, “Gürcüstan Dəmir Yolu” SC-nin sədr müavini Aleksi Nikolaşvili, Türkiyə Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurt, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini Vahid Əliyev və Batumi Dəniz Limanının baş direktorunun müavini İlyas Mukatovun iştirakı ilə müvafiq sənədlər imzalandı.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016