Taking too long? Close loading screen.

“ADY Express” nümayəndələri “Logitrans” Beynəlxalq Nəqliyyat və Logistika Sərgisində

2017-11-20

“ADY Express” şirkətinin nümayəndələri Türkiyənin İstanbul şəhərində təşkil edilən “Logitrans” Beynəlxalq Nəqliyyat və Logistika Sərgisində iştirak edib. Tədbir çərçivəsində, nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən müxtəlif şirkətlərin nümayəndələri ilə çoxlu sayda görüşlər keçirən “ADY Express” MMC-nin əməkdaşları, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə yüklərin nəql edilməsinə dair danışıqlar aparıblar. Eyni zamanda “ADY Express” nümayəndələri, Azərbaycanın iştirakçısı olduğu Beynəlxalq Nəqliyyat Dəhlizlərinə əlavə yüklərin cəlb olunması ilə bağlı danışıqlar apararaq, bu istiqamətdə yeni tərəfdaşlar qazanıblar.
Bundan başqa, “ADY Express” şirkətinin əməkdaşları, görüşlərdə Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizlərinin perspektivləri haqda danışarkən, həmin marşrutların inkişafına dair Azərbaycanda həyata keçirilən iri infrastruktur layihələri haqqında məlumatlarla bölüşüblər.
Qeyd edək ki, noyabrın 15- 17 tarixlərində keçirilən “Logitrans” sərgisində 30–a yaxın ölkədən 180 şirkət iştirak edib. Tədbirə 50 ölkədən 15 minə yaxın mütəxəssis qatılıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016