Taking too long? Close loading screen.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə daha bir yük qatarı yola salındı

2017-11-28

Qazaxıstanın Kokşetau stansiyasından yola düşən və oktyabrın 30-da Ələt Limanında keçirilən rəsmi mərasim zamanı Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyənin Mersin limanına yola salınan 82 konteynerdən ibarət blok qatar artıq həmin yolla geri göndərilib.
Türkiyənin Mersin limanında həmin blok qatar yüklənərək, Qazaxıstana yola salınıb. Bununla bağlı Mersində tədbir də keçirilib. Tədbirdə Türkiyə Cümhuriyyəti Dəmir Yolu Daşımaçılığının Baş direktoru Veysi Kurt, mersin Şəhərinin valisi, “ADY Express” və “KTZ Express” şirkətlərinin nümayəndələri iştirak ediblər.
Onu da qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ikinci yük qatarı artıq dünən, noyabrın 27-dən Qazaxıstandan yola düşüb.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı 2017-ci il oktyabrın 30-da keçirilib. Dəmir yolu xəttinin ümumi uzunluğu 846 km təşkil edir ki, bunun da 504 km Azərbaycan, 263 km Gürcüstanın və 79 km Türkiyənin payına düşür.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016