Taking too long? Close loading screen.

Tbilisidə ikinci “İpək Yolu” Beynəlxalq Forumu keçirilir

2017-11-29

28-29 noyabr 2017-ci ildə Gürcüstanın Tbilisi şəhərində Gürcüstan Baş nazirinin sədrliyi ilə ikinci “İpək Yolu” Beynəlxalq Forumu kecirilir.

50-dən çox ölkədən 1000-dən çox nümayəndənin iştirak etdiyi Forumda regional və qlobal ticarət, elektron ticarət imkanlarının genişləndirilməsi, rəqəmsal baglantılar və bu istiqamətdə mümkün maneələrin aradan qaldırılması, nəqliyyat infrastrukturu və eləcə də enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur.

Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə ölkələrimizin iştirakı ilə həyata keçirilən iri regional neft və qaz layihələri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi diqqət mərkəzində olub.

Forumda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Azərbaycan üçün Bakı-Tbilisi-Qars dəmir yolu prioritet layihələrdən biridir. Bu dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına xidmət edəcək.

Bu xətt Mərkəzi Asiya ölkələri və Çini Türkiyə və Avropa ölkələri ilə birləşdirəcək. Bu dəmir yolu orta hesabla hər il 5 milyon ton yük daşıma gücünə malik olacaq. Yük daşınmaları sahəsinin daha da inkişaf etdirilməsi üçün bundan sonra da işlər davam etdiriləcək.

İkinci “İpək Yolu” Beynəlxalq Forumu bu gün öz işini davam etdirir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016