Taking too long? Close loading screen.

“Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Marşrutunun İnkişafına Dair Koordinasiya Komitəsinin yığıncağı keçirildi.

2017-11-29

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafına dair Koordinasiya komitəsinə daxil olan Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin beştərəfli görüşü keçirilib.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Voytsex Balçun və Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiştof Maminski iştirak ediblər.
Görüşdə Koordinasiya komitəsinin sədri, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, son görüşdən sonra bu günə qədər “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafına dair görülən işlər haqda tədbir iştirakçıları məlumatlandıraraq, qarşıda duran vəzifələr haqqında nitq söylədi. Bildirdi ki, artıq marşrutun Koordinasiya komitəsinin işçi qrupu yaradılıb və həmin qrup aktiv fəaliyyət göstərərək, Komitəyə konkret təkliflər təqdim edib.
Aparılan müzakirələrdə yığıncaq iştirakçıları gündəlikdə olan məsələləri: “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafına dair Koordinasiya Komitəsinin İşçi qrupu haqqında əsasnamənin təsdiq edilməsi, 2018-ci il üçün konteyner daşımalarına dair tariflərin müəyyən edilməsi, vaqonlarla yüklərin nəqlinə dair rəqabətədavamlı tariflərə baxılması və informasiya dəstəyi məsələlərini müzakirə edərək qəbul ediblər.
Tərəflər, qəbul olunan məsələlərin “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafına, tranzit potensialının artırılmasına və əlavə yüklərin cəlb edilməsinə xidmət göstərəcəyini bəyan ediblər. Görüşün sonunda tərəflər arasında protokol imzalandı.
Xatırladaq ki, İran, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşanın dəmir yolu rəhbərləri bundan əvvəl 2017-ci il sentyabrın 7-də Odessada görüşüblər. “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutu Hindistandan/Körfəz ölkələrindən İrandan, Azərbaycandan, Ukraynadan, Polşadan keçməklə Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə yükdaşımaların təşkilini nəzərdə tutur.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016