Taking too long? Close loading screen.

“ADY Express” Bakıda keçirilən “Azərbaycan: Avrasiyaya yeni körpü” adlı konfransda təmsil olunub.

2017-12-06

Bu gün Bakıda, Azərbaycan Dəmir Yollarının rəsmi tərəfdaşlığı ilə “Azərbaycan: Avrasiyaya yeni körpü” adlı konfrans işinə başlayıb. 2 gün ərzində keçiriləcək tədbirdə Azərbaycan Dəmir Yolları ilə əməkdaşlıq çərçivəsində İran və Mərkəzi Asiya Dəmir Yollarının nümayəndələri, nəqliyyat nazirlikləri, nəqliyyat operatorların və hökumət nümayəndələri, podratçı və təchizatçı şirkətlərinin təmsilçiləri iştirak edirlər.
Tədbir iştirakçıları dəmir yolu və multimodal daşıma layihələri üçün strategiya, texnologiya və innovasiyalar haqqında müzakirələr apararaq, regionda yükdaşımalar proseslərinin inkişaf yollarını araşdırırlar.
Konfransda “ADY Express” MMC-nin strateji inkişaf və marketinq departamentinin nümayəndəsi, Azərbaycanın tranzit potensialı və Avrasiya məkanında Azərbaycanın hab kimi rolu mövzusunda məruzə ilə çıxış edərək, ölkəmizin ərazisindən keçən tranzit dəhlizlər, həyata keçirilən infrastruktur layihələr haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. “ADY Express”-in təmsilçisi, Avropa-Asiya yükdaşımalar sistemində yaranan yeni imkanlar haqqında da söhbət açıb.
Tədbir çərçivəsində təşkil edilən sərgidə, “ADY Express” şirkəti ayrıca stendlə də təmsil edilib. Şirkətin stendi, konfransda iştirak edən qonaqlar tərəfindən böyük marağa səbəb olub.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016