Taking too long? Close loading screen.

“Azərbaycan Dəmir Yolları” QSC-də üçtərəfli görüş keçirilib

2017-12-13

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Avstriya Dəmir Yolları” Karqo Səhmdar Cəmiyyəti İdarə Heyətinin üzvü Erik Regterin və Türkiyənin Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurtun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə üçtərəfli görüş keçirilib.

Səmimi və dostluq şəraitində keçən görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də bu günlərdə açılış mərasimi olan Bakı -Tbilisi – Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. Bildirib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək.

Sonra qarşılıqlı əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Görüşün sonunda “Azərbaycan Dəmir yolları” QSC, Türkiyə Dövlət Dəmir Yolları Daşımaçılıq şirkəti və “Avstriya Dəmir Yolları” Karqo Səhmdar Cəmiyyəti nümayəndələri arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum özündə Avropa ilə Çin, həmçinin MDB ölkələri arasında rəqabətədavamlı, yüksək tezlikli, intermodal dəmir yolu şəbəkəsini inkişaf etdirməyi ehtiva edir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016