Taking too long? Close loading screen.

“ADY Express” karyera sərgisində iştirak edib.

2018-03-02

“ADA” Universitetində təşkil olunan Karyera Həftəsi çərçivəsində bu gün 6-cı Karyera sərgisi keçirilmişdir. Karyera sərgisində 2000-dən çox tələbə və məzun şirkətlərin İnsan Resursları nümayəndələri ilə bilavsitə ünsiyyətdə olub, mövcud iş yerlərinə sənəd vermək imkanı əldə ediblər.
“İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən yarmarkada “ADY Express” MMC-də öz stendi ilə təmsil olundu. Tələbələr ADY Express-in insan resursları şöbəsinin əməkdaşları ilə təmasda olub, şirkətin fəaliyyəti ilə bağlı geniş məlumat əldə ediblər. Gələcəkdə şirkətdə işləmək arzusunda olan tələbələr şirkətin insan resursları şöbəsinə CV forması ilə müraciət də ediblər. ADY Express eyni zamanda, şirkətdə tələbələrə təcrübə keçməyə imkan da yaradıb. Tətil zamanı loqistika sahəsində təhsil alan tələbələr, şirkətdə təcrübə qazana biləcəklər. ADY Express şirkətinin sərgidə iştirak etməkdə məqsəd savadlı və perspektivli kadrları seçmək, onlara şirkətdə təcrübə keçməyə, professional biliklərini artırmağa şərait yaratmaq və gələcəkdə işə götürməkdir.
Onu da qeyd edək ki, ADY Express-də təcrübə keçmək üçün 70-dan artıq müraciət daxil olub. Müraciət edənlər əsasən biznes idarəçiliyi, biznesin inkişafı, maliyyə və mühasibatlıq sahəsində təcrübə keçmək və gələcəkdə çalışmaq istədiklərini bildiriblər.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016