Taking too long? Close loading screen.

“ADY Ekspress” şirkəti “Təlim və İnkişaf Mərkəzi” yaradır.

2018-03-12

Nəqliyyat və logistika sahəsində xidmət göstərən “ADY Ekspress” şirkəti bu sahədə bilikli və savadlı kadrların hazırlanmasına öz töhfəsini vermək üçün yeni “Təlim və İnkişaf Mərkəzi” yaratmaq haqqında qərar verib. Mərkəzin yaradılmasında əsas məqsəd logistika ixtisası üzrə kadr hazırlığını daha keyfiyyətli həyata keçirməyə yardımçı olmaqdır. Mərkəzdə, həm “ADY Ekspress” MMC-də çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması, həm də yeni təcrübəli kadrların hazırlanmasına diqqət yetiriləcək.
Artıq “ADY Ekspress” şirkətinin İnsan resurslarının idarə edilməsi şöbəsi 2018-2019-cu illər üçün Təlim və İnkişaf Strategiyasını hazırlayıb və onun gerçəkləşdirilməsinə başlayıb. Strategiyaya uyğun olaraq, yeni yaradılan “Təlim və İnkişaf Mərkəzində” ilk olaraq, şirkətin əməkdaşlarının bilik və bacarıqlarının, iş effektivliyinin və səmərəliliyinin artırılması, həmçinin fərdi inkişafını təmin edəcək təlimlər təşkil etməyi planlaşdırır. Bununla əlaqədar olaraq, 07.04.2018-ci il tarixindən etibarən hər həftə təşkil olunacaq təlimlərə yerli və xarici ölkələrdən təcrübəli təlimçilərin dəvət olunması nəzərdə tutulur. Bununla yanaşı təlimləri, şirkətdə fəaliyyət göstərən və Azərbaycan Dəmir Yollarında çalışan təcrübəli mütəxəssislər də keçirəcəklər.
Təlimlərdə nəqliyyat və logistika sahəsinə aid müxtəlif mövzularla yanaşı, eyni zamanda şəxsi inkişafa yönəlmiş ümumi menecment və liderlik, müştəri xidmətləri, biznesin inkişafı, ofis proqramları və s. kimi biliklərin artırılmasına da diqqət yetiriləcək.
Onu da qeyd edək ki, kadr hazırlığı və işçilərin peşəkarlığının yüksəldilməsi “ADY Ekspress” MMC-nin prioritet məqsədlərindəndir və daim bu məsələyə diqqət yetirən şirkət, yaratdığı “Təlim və İnkişaf Mərkəzində” gənc kadrların yetişdirilməsinə də önəm verir. Belə ki, təşkil olunacaq təlimlərdə universitetləri yeni bitirmiş gənclər və tələbələr də iştirak edərək, biliklərini artıraraq təcrübəli mütəxəssislərlə ünsiyyət yarada bilərlər.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016