Taking too long? Close loading screen.

“ADY Express” Azərbaycan-İran biznes forumunda

2018-03-31

Bakıda keçirilən Azərbaycan-İran biznes forumu çərçivəsində təşkil olunan iki ölkənin işgüzar dairələrinin görüşlərində “ADY Express” MMC-nin əməkdaşları da iştirak ediblər.
Aparılan danışıqlarda “ADY Express” nümayəndələri İranın biznes dairələrinin təmsilçiləri ilə, hər iki ölkənin iştirakçısı olduğu Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq nəqliyyat dəhlizləri vasitəsi ilə yüklərin nəql edilməsi imkanlarını müzakirə ediblər. Görüşlərdə Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi və İranın Astara şəhərində inşa edilən Yükaşırma Terminalının yaratdığı yeni imkanlardan yararlanmaq kimi məsələlər diqqət mərkəzində olub.
ADY Express təmsilçiləri, yüklərin daşınmasında tətbiq olunan yeni texnologiyalar, şirkət tərəfindən təqdim edilən yeni xidmətlər və kompaniyanın çevik tarif siyasətindən İranlı həmkarlarını yararlanmağa çağırıblar. Aparılan danışıqlar zamanı gələcək əməkdaşlığın perspektivləri və uzunmüddətli işbirliyinin yaranmasına dair konkret təkliflər müzakirə edilib.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016