Taking too long? Close loading screen.

Ağacəkmə aksiyası keçirilib.

2018-04-02

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşəbbüsü ilə 2 aprel – Kəlbəcər rayonunun işğalı günündə, Kəlbəcər şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə akisiyası keçirilib.

Aksiya YAP-ın respublika ərazisində 700 min ağac əkmək və Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı faciəsində şəhid olmuş uşaqların xatirəsinə həsr edilmiş ağacəkmə kampaniyasına qoşulmaq və bu aksiyalara dəstək məqsədilə həyata keçirilib.

“Hər şəhidə bir fidan” adlı ağacəkmə kampaniyasında torpaqlarımızın bütövlüyü uğrunda Qarabağ müharibəsi zamanı şəhid olmuş 500-ə yaxın Kəlbəcər şəhidinin sayı qədər ağac əkilib. Ağaclardan Kəlbəcər rayonunun işğalı zamanı şəhid olan uşaqların adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb.

İməclikdə “Azərbaycan Dəmir Yolları QSC-nin sədri, millət vəkili Cavid Qurbanov, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, dəmiryolçular, eləcə də “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri iştirak ediblər.

Kampaniyada “ADY Express” MMC-nin əməkdaşları da iştirak ediblər.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016