Taking too long? Close loading screen.

Azərbaycan təmsilçiləri “TransRussia-2018” sərgisində iştirak edirlər

2018-04-18

Rusiyanın paytaxtı Moskva şəhərində “TransRussia-2018” 23-cü Beynəlxalq nəqliyyat – loqistika və nəqliyyat texnoloqiyaları sərgisi işinə başlayıb. Aprelin 17-dən 19-dək davam edəcək sərgidə 26 ölkədən 390 – dan çox şirkət təmsil olunur. Sərgidə “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Ekspres” və “ADY Konteyner” şirkətləri birgə stendlə çıxış edirlər. Sərgi, Rusiya və Avropada keçirilən bu cür tədbirlərin ən irisi sırasındadır. Burada dəmir yolu sahəsində çalışan dövlət şirkətləri, beynəlxalq korporasiyalar, yükdaşımalar və logistik kompaniyalar öz xidmətlərini təqdim edirlər. Azərbaycanın stendi sərgi iştirakçılarının marağına səbəb olub. Onlara ölkəmizin tranzit imkanalrı barədə ətraflı məlumat verilib.
Azərbaycanın ərazisindən keçən Şimal-Cənub, Cənub-Qərb, Şərq –Qərb nəqliyyat dəhlizləri, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yeni istifadəyə verilən Bakı – Tbilisi – Qars dəmir yolu xəttinin imkanları və üstünlükləri, Astara (Azərbaycan) – Astara(İran) dəmir yolu xətti, İran Astarasındakı terminal barədə ətraflı məlumat verilib. Müzakirələr zamanı Şimal-Cənub, Şərq-Qərb və əks istiqəmətlərdə yüklərin daşınması diqqət mərkəzində olub.
Xarici şirkətlərin təmsilçiləri Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq nəqliyyat marşrutlarla yüklərin nəql olunmasında maraqlı olduqlarını söyləyiblər. Azərbaycan təmsilçiləri ölkəmizdə tranzit yükdaşımaları sahəsində görülən işlər, reallaşdırılan iri infrastruktur layihələri, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üstünlüklərini təqdim ediblər və bu marşrutlara əlavə yüklərin cəlb olunması üçün yeni tərəfdaşlar qazanıblar.
Qeyd edək ki, sərgidə 26 ölkədən 390 – dan çox şirkət iştirak edir. Sərgi meydanlarının ümumi sahəsi 15 min kv. m. təşkil edən 23-cü beynəlxalq nəqliyyat, loqistika və nəqliyyat texnoloqiyaları sərgisinin işində müxtəlif ölkələrdən 12 minə yaxın mütəxəssis iştirak edir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016