Taking too long? Close loading screen.

ADY Express Beynəlxalq Limanlar Assosasiyasının illik konfransı çərçivəsində təşkil edilən sərgidə iştirak edir

2018-05-09

“ADY Express” MMC Beynəlxalq Limanlar Assosasiyasının “Gələcəyin Limanları: mərkəzlərin yaradılması, bağlılığın sürətləndirilməsi” adı altında təşkil edilən illik konfransı çərçivəsində Bakı Konqres Mərkəzində təşkil edilən sərgidə iştirak edir. Dünyanın müxtəlif ölkələrindən 1000-ə yaxın beynəlxalq təşkilatların nümayəndələri, liman rəhbərləri, nəqliyyat və logistika sahəsində ixtisaslaşmış ekspertlərin iştirak etdiyi sərgidə ADY Express-in stendinə xüsusi maraq göstərilib.
Şirkətinin nümayəndələri sərgi çərçivəsində potensial müştərilərlə bir sıra məhsuldar görüşlər keçiriblər. Danışıqlar zamanı “ADY Express” MMC-nin nümayəndələri, Azərbaycanın tranzit potensialı və Avrasiya məkanında Azərbaycanın hab kimi rolu ətrafında söhbətlər apararaq, ölkəmizin ərazisindən keçən tranzit dəhlizlər, həyata keçirilən infrastruktur layihələr haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. “ADY Express”-in təmsilçiləri, Avropa-Asiya yükdaşımalar sistemində yaranan yeni imkanlar haqqında da söhbət açıblar.
ADY Express-in təmsilçiləri eyni zamanda şirkətin təklif etdiyi yeni xidmətlər barədə maraqlı şəxslər məlumatlandırılıb, iştirakçılara xüsusi bukletlər paylanıb.

Həmçinin şirkətin fəaliyyətini əks etdirən xüsusi video nümayiş olunub.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016