Taking too long? Close loading screen.

Iranın biznes dairələri Astara yükaşırma terminalının imkanları ilə tanış oldular

2018-05-14

İranını Astara şəhərində “Astara Terminalının Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizlərinin inkişafındakı rolu” mövzusunda biznes forumu keçirilib. Forum Azərbaycan Dəmir Yolları və İranın Gilan vilayətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfati Palatasinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Express” MMC, “ADY Konteyner” MMC, Azərbaycan və Rusiya dəmir yollarının müştərək müəssisəsi olan “AzRusTrans”, Azpromo rəhbərliyi, İranın Gilan vilayətinin rəhbərliyi və biznes dairələrinin nümayəndələri iştirak ediblər.

Forum çərçivəsində iştirakçılara, Azərbaycanda qeyri neft sektoru, xüsusi ilə də nəqliyyat və loqistika sahəsində görülən işlər, həyata keçirilən iri infrastruktur layihələri barədə geniş məlumat verilib, Azərbaycan Dəmir Yollarının imkanları və ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri haqqında film nümayiş etdirilib.

Tədbirdə çıxış edən ADY Express, ADY Konteyner və AzRusTrans şirkətlərinin rəhbərləri, iran iş adamlarına, Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi, İranın Astara şəhərində Azərbaycan Dəmir Yolları tərəfindən inşa edilən yük terminalı və iki ölkənin iştirakçı olduğu Şimal-Cənub  və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri haqqında ətraflı məlumat verərək, yaradılan şəraitin əməkdaşlığın inkişafındakı rolu barədə söhbət açıblar.  Bildirilib ki, Azərbaycan və İranın dövlət başçıları Prezident İlham Əliyev və Prezident Həsən Ruhaninin iradəsi ilə həyata keçirilən böyük layihələr, mövcud əməkdaşlığı, xüsusi ilə ticari-iqtisadi münasibətlərini gücləndirəcəyinə, onları daha da səmərəli və faydalı edəcəyini əmin olduqlarını vurğulayıblar. Qeyd edilib ki, tikintisi davam etdirilən Astara Yük Terminalı yükdaşımalar sahəsində dönüş yaradaraq, iki ölkənin ərazisindən keçən Beynəlxalq Nəqliyyat Dəhlizləri ilə yüklərin nəqli prosesini asanlaşdıraraq  sürətləndirəcək.  Bu isə öz növbəsində tranzit yüklərinin artması ilə nəticələnəcək.

“ADY Express” MMC-nin direktoru Azad Qasımov öz çıxışında diqqətə çatdırıb ki, Astara Yük Terminalının tikintisi hələ davam etsə də, artıq bu nəqliyyat qovşağı vasitəsi ilə yükdaşımalar həyata keçirilir. Onun sözlərinə görə, mövcud şəraitdə hər ay orta hesabla 25-30 min ton yük daşınır. Şirkət rəhbəri İranlı iş adamlarını yaradılan imkanlardan yararlanmağa dəvət edib. Çıxışlardan sonra iran iş adamlarının çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, İranın 400-ə yaxın iş adamının qatıldığı tədbir böyük marağa səbəb olub. Forum Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri və Astara Yükaşırma Terminalının tanıdılmasına hesablanan silsilə tədbirlərin davamıdır.

 

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016