Taking too long? Close loading screen.

Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasına baxış keçirilib

2018-05-24

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sədri Cavid Qurbanov “ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasına baxış keçirib, burada aparılan təmir-bərpa işlərinin gedişi ilə maraqlanıb.
ADY Express-in direktoru Azad Qasımov stansiyada görülən işlər haqqında Dəmir Yolu Sədrinə məruzə edərək, stansiyada yaradılan şərait və iş prosesi barədə məlumat verib. Bildirib ki, çən vaqonlarının daxildən yuyulması ilə yanaşı, xaricdən yuyulması prosesi də həyata keçiriləcək. Eyni zamanda Dəmir Yolu sədrinə, çirkli suların təmizlənməsi və təkrar yuyulma prosesində istifadə edilməsi üçün qurğular nümayiş etdirilib.
Cavid Qurbanov Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında çalışan əməkdaşlar üçün yaradılan məişət şəraiti, çən vaqonlarının yuyulması prosesində olunacaq texnoloji dəyişiklik, stansiya ərazisində tikintisi aparılan təlim-tədris mərkəzi ilə tanış olaraq, işlərin gedişinə dair tapşırıqlarını verdi.
Qeyd edək ki, Biləcəri Yuyucu-Buxarlayıcı stansiyası 2018-ci ilə yanvarın 9-da “ADY Express” MMC-nin tərkibinə daxil edilib və elə həmin gündən burada təmir-bərpa işlərinə və avadanlıqların əvəz edilməsi prosesinə start verilib. Paralel olaraq texnoloji proses, çən vaqonlarının buxarla yuyulması işləri davam etdirilir. Bununla da ADY Express şirkətinin göstərdiyi xidmətlərin sayı artdı.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016