Taking too long? Close loading screen.

“ADY Express”şirkəti “TransCaspian/Translogistica – 2018″ sərgisində təmsil olundu.

2018-06-11

Bakıda 17-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica – 2018″ sərgisi keçirilir. Budəfəki sərgidə “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Express” MMC və “ADY Container” MMC ilə birgə təmsil olunublar.
Xəzəryanı regionunda aparıcı nəqliyyat tədbiri sayılan “TransCaspian/Translogistica – 2018″ sərgisində Orta Koridor və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri, Bakı-Tbilisi-Qars və Astara(Azərbaycan)-Astara(İran) nəhəng nəqliyyat layihələri sərgi iştirakçılara təqdim edildi. Hazırda dünyada tranzit daşımalarda əsas tərəfdaş kimi qəbul edilən Azərbaycanın bu sahədəki imkanlarını nümayiş etdirən “ADY”, “ADY Express” və “ADY Container” əməkdaşları, ölkənin Avropa ilə Asiya arasında əsas əlaqələndirici məntəqəyə çevrilməsi haqda ziyarətçilərə məlumatlar çatdırıblar. Dəmir yolu daşımalarında yeni tərəfdaşlarla danışıqlar aparılaraq, yüklərin Azərbaycanın tranzit marşrutlarına cəlb olunması istiqamətində əməli tədbirlərin görülməsi məsələsi ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, “TransCaspian/Translogistica – 2018″ sərgisi İyunun 11-13 tarixlərində, 3 gün ərzində BakuExpo mərkəzində işini davam etdirəcək. Bu il sərgidə dünyanın 20-ə yaxın ölkəni təmsil edən şirkətlər iştirak edir. Sərgidə nəqliyyat sahəsi üzrə məhsul və xidmətlərin geniş çeşidi təqdim olunur.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016