Taking too long? Close loading screen.

Bakı-Tbilisi-Qars dəmir yolunda daha bir ilk

2018-06-22

Bu vaxta kimi konteynerlər vasitəsi yüklərin daşınması həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk dəfə olaraq yük vaqonları ilə nəql edilib. “ADY Express” MMC “AzRusTrans” QSC ilə birgə Rusiyadan Qarsa taxılı, xüsusi taxıldaşıyan vaqonlar (xopper) vasitəsi ilə nəql etməyə müvəffəq olub. Belə ki, Rusiyadan 12 vaqona yüklənən taxıl, Axalkalaki stansiyasına çatdırılıb, burada təkər cütlərinin dəyişdirilməsi əməliyyatı həyata keçirildikdən sonra, Qarsa yola salınıb. Yüklər artıq Qars stansiyasına çatdırılıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunda bu vaxta kimi yüklər ancaq konteyner vasitəsi ilə daşınıb. Axalkalaki stansiyasında konteynerlər digər Türkiyədən daxil olan platformalara aşırıldıqdan sonra, yolunu davam etdiriblər.

2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 846 km təşkil edir ki, bunun da 504 km Azərbaycan, 263 km Gürcüstanın və 79 km Türkiyənin payına düşür.

 

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016