Taking too long? Close loading screen.

Rusiya dəmiri, Bakı-Tbilisi-Qars vasitəsi ilə, Türkiyə bazarında.

2018-07-11

ADY Express şirkəti Bakı-Tbilisi-Qars dəmir yolu ilə daha bir qeyri ənənəvi yükün daşınmasına start verdi. Belə ki, Rusiyanın qara metallurgiya sənayesindəki ən böyük müəssisə olan Maqnitoqorsk Metallurgiya kombinatı (MMK),  Türkiyə bazarına çıxartdığı məhsulunu, “ADY Express” MMC-nin operatorluğu ilə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımağa başladı.

MMK-ın məhsulu ilə yüklənmiş ilk vaqonlar artıq yoldadır. Hazırda göndərilən yükün ilk partiyası, Gürcüstan-Türkiyə sərhədindədir. Dəmir ilə yüklənmiş vaqonlar Rusiyanın Maqnitoqosrk-Qruzovoy stansiyasından yola salınıb. 17 gün ərzində yük vaqonları 5 min km yaxın məsafəni qət edərək, Rusiya, Azərbaycan və Gürcüstandan keçərək, Qarsa və daha sonra Türkiyənin Payas stansiyasına çatdırılacaq.

Bu Rusiyadan Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə göndərilən ilk dəmir məhsullarıdır. Bu vaxta kimi, Maqnitoqorsk Metallurgiya kombinatı öz məhsulunu Türkiyəyə Qara dəniz vasitəsi ilə çatdirirdı. Ümumiyyətlə isə  Maqnitoqorsk Metallurgiya kombinatı Türkiyəyə ayda 60 min tona yaxın dəmir məhsulu göndərir ki, onu da bundan sonra Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəql edilməsi planlaşdırılır.

Qeyd edək ki, Rusiya bazarında satılan polad məhsullarının 20%-ni məhz MMK istehsal edir. MMK Rusiyanın ən böyük 200 ixracatçısından biri hesab olunur.

 

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016