Taking too long? Close loading screen.

Azərbaycan nümayəndə heyəti Kurık limanının təqdimat mərasimində iştirak edir

2018-08-11

Qazaxıstanın Manqistau vilayətində Prezident Nursultan Nazarbayevin iştirakı ilə Kurık limanının bərə kompleksinin multimodal nəqliyyat mərkəzinin təntənəli təqdimat mərasimi keçirilib. Azərbaycanı sözügedən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbirdə Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Türkmənistan, İran, Çin, Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstanın dövlət orqanlarının rəhbərləri, nəqliyyat-logistika şirkətləri iştirak edir.

Kurık limanı beynəlxalq nəqliyyat dəhlizləri şəbəkəsinə daxil edilib. Kompleksin avtomobil və dəmir yolu-bərə ötürmə qabiliyyəti ildə 7 milyon tondan çoxdur. Kurıkın gömrük xidməti ən çox 30-40 dəqiqə nəqliyyat vasitələrinə xidmət edəcək, limanının əsas obyektləri terminal-anbar infrastrukturunun inkişafına imkan yaradacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanovun sözlərinə görə, Kurık limanı Qazaxıstan və Azərbaycan dəmir yolu infrastrukturu arasında texnoloji körpüdür. Azərbaycan nəqliyyatçıları tətbiqi marketinq logistika, dəmir yolu və dəniz nəqliyyatı üzrə müasir multimodal qərarların qəbul edilməsində qazaxıstanlı həmkarları ilə əməkdaşlıq edir.

Təqdimat iştirakçıları Qazaxıstanın nəqliyyat-logistik sisteminin və beynəlxalq ticarət axınlarına, eləcə də onun inteqrasiyasının inkişafının tarixində bu əlamətdar hadisənin əhəmiyyətini qeyd ediblər. Qazaxıstan Avropa və Asiya arasında transkontinental daşınmaların inkişafı üzrə fəal iş aparır. Avrasiya nəqliyyat dəhlizlərinin inkişafı üçün son 10 il ərzində nəqliyyat-logistik infrastruktura təxminən 30 milyard ABŞ dolları sərmayə qoyulub. Müasirləşdirmə və yeni infrastrukturun tikintisi layihələrinin həyata keçirilməsi isə davam edir. İnvestisiyalar 2020-ci ildə daha 8,4 milyard dollar təşkil edəcək. Bu, İpək Yolunun ticarət axınına əlavə təkan verəcək.

Xatırladaq ki, Kurık limanının ilk işə salma kompleks obyektlərinin tikintisi 2015-ci ilin aprelində başlanıb. 2018-ci ilin yanvar-iyun aylarında yüklərin boşaldılması həcmi 856 min ton təşkil edib.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016