Taking too long? Close loading screen.

Tbilisidə “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V beynəlxalq konfransı keçirilir

2018-09-13

Sentyabrın 12-də Tbilisidə “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V Beynəlxalq konfransı öz işinə başlayıb.

İki gün davam edən konfransda əsasən Xəzər və Qara dəniz regionlarında yükdaşımaların dinamikası – yeni meyillər və imkanlar, Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi – tranzit yükdaşımaları və inkişaf potensialı, neft və neft məhsullarının daşınması perspektivləri, strateji nəqliyyat dəhlizləri – Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub, Çin-Avropa nəqliyyat marşrutları, tarif siyasətinin çevikliyi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Çindən və Mərkəzi Asiyadan Şərqi Avropa ölkələrinə konteyner daşımalarının əhəmiyyətinin artması, Xəzər-Qara dəniz regionunda mineral gübrələrin tədarükü potensialı – Azərbaycanın və Gürcüstanın infrastruktur obyektlərinin icmalı və s. məsələlər müzakirə olunur.

Konfransda “ADY Express” MMC-nin nümayəndəsi Kamran Babayev çıxış edərək, Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin perspektivləri, nəqliyyat konsorsiumlarının fəaliyyəti, “Azərbaycan Dəmir Yolları” QSC-nin imkanları  və həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib.

Beynəlxalq konfransda iri neft, nəqliyyat-logistika şirkətlərinin, neft emalı zavodlarının, terminalların, gəmiçilik şirkətlərinin, treyderlərin, habelə Rusiya, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Bolqarıstan, Rumıniya, Türkiyə, İran, Özbəkistan, Şərqi və Qərbi Avropa ölkələrinin dövlət orqanlarının və əlaqədar nazirliklərinin nümayəndələri iştirak edirlər.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016