Taking too long? Close loading screen.

“ADY Express” Avropanın ən böyük sərgisində təmsil olunub.

2018-09-19

“ADY Express” MMC Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən “İnnoTrans-2018” dəmir yolu nəqliyyatı və inovasiyaları sərgisində iştirak edir. 18-21 sentyabr 2018-ci il tarixlərində keçirilən bu sərgi Avropanın ən iri dəmir yolu nəqliyyatı sərgisi hesab edilir. Tədbirdə iştirak edən, 70-dən artıq ölkədən 3000-dən artıq şirkət təmsilçiləri dəmir yolu nəqliyyatlı sahəsində tətbiq edilən yeni texnologiyalar, daşıma mexanizmləri, dəmir yolu infrastrukturu, tikinti və yeni logistika istiqamətləri təqdim edirlər.
“Azərbaycan Dəmir Yolları” QSC, “ADY Express” və “ADY Container” şirkətləri, birgə təmsil olunduğu stenddə ilk növbədə Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi uğurlar, ölkəmizin tranzit potensialı və yeni layihələr haqqında məlumatlarla bölüşüblər. Azərbaycan təmsilçiləri, Bakı-Tbilisi-Qars, Astara-Astara kimi dəmir yolları layihələri, Avropa-Qafqaz-Asiya, Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri haqqında sərgi iştirakçılarına geniş məlumatlar təqdim edərək, yük sahibləri və loqistika sahəsində fəaliyyət göstərən iri Alman və Beynəlxalq şirkətlərlə danışıqlar aparıblar.
Bununla yanaşı ADY Express şirkətinin əməkdaşları, yükdaşımalar sahəsində dünyanın aparıcı şirkətləri tərəfindən tətbiq edilən yeni texnologiyalar, yükaşırma və yükçatdırma proseslərini sürətləndirən və asanlaşdıran, dəmir yolları və yük terminallarının yükburaxma qabiliyyətini artıran texnoloji yeniliklərlə tanış olub, dünyada tanınan iri şirkətlərlə həmin texnologiyaları ölkəmizdə tətbiqini müzakirə ediblər.
Qeyd edək ki, 200 min kvadrat metrə sahədə yerləşən 50-ə yaxın pavilyonda bütün qitələri Asiyadan tutmuş Şimali və Cənubi Amerikaya qədər ölkələri təmsil edən şirkətlər arasında, Azərbaycan dəmiryolçularının stendinə diqqət olduqca böyük idi. Azərbaycanın dəmir yolunun inkişafı, beynəlxalq daşımalar sahəsində əldə etdiyi nailiyyətlər və həyata keçirilən irimiqyaslı layihələr sərgi iştirakçıları tərəfindən maraqla qarşılandı.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016