Taking too long? Close loading screen.

“ADY Express” təmsilçisi gənc dəmiryolçuların yığıncağında

2018-09-26

Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya Dəmir Yollarının təşkil etdiyi gənc dəmiryolçuların 11-ci yığıncağı keçirilib. 20 ölkənin nümayəndələrinin qatıldığı beynəlxalq tədbirdə Azərbaycanı “ADY Express” MMC-nin əməkdaşı İlham Balakişiyev  təmsil edib.

6 gün davam edən tədbirdə,  dəmir yolu sahəsində çalışan gənc mütəxəssislər, dəmir yolları qarşısında duran prioritet vəzifələri müzakirə edib, aparıcı ekspertlər, ictimai xadimlər və elm adamları ilə  görüşlər keçirərək, treninq və seminarlarda iştirak ediblər.

2007-ci ildən keçirilən bu tədbir zamanı, gənc mütəxəssislər, dəmir yoluna aid ekspertlərin təcrübəsini öyrənib yeni ideyaları ilə bölüşməyə imkan qazanırlar.

Gənc dəmiryolçularının yığıncağı çərçivəsində keçirilən müxtəlif tədbirlərə çıxış edən ADY Express təmsilçisi, Azərbaycanda dəmir yollarının inkişafı sahəsində son illər ərzində görülən genişmiqyaslı işlər, həyata keçirilən iri layihələr haqqında danışaraq, ölkəmizin tranzit potensialı və beynəlxalq marşrutların inkişafında dəmir yollarının mühüm rolundan danışıb.

Qeyd edək ki, tədbirdə Rusiya və Azərbaycanla yanaşı, Avstriya, Almaniya, İspaniya, Kanada, Çin, Latviya, Monqolustan, Polşa, Finlandiya və Fransa  təmsilçiləri ilə yanaşı müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

 

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016