Taking too long? Close loading screen.

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub

2018-10-22

Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.

Toplantıda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukrayna və Rumıniyadan olan dəmir yolu və dəniz nəqliyyatı şirkətlərinin nümayəndələri də iştirak ediblər.

İclasa sədrlik edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbər və siravi heyətini 160 illik yubiley münasibəti ilə təbrik edib.

Yığıncaqda 2018-ci ilin 9 ayı ərzində BTNM üzrə yüklərin konteynerlərdə daşınması planının icrası haqqında; BTNM üzrə yüklərin daşınmasında xidmət göstərmə müddətinin təsdiq edilməsi və yüklərin çatdırılma müddəti haqqında məlumatı əks etdirən sütunun tarif cədvəllərinə əlavə edilməsi, yük daşıyanların və operatorların çatdırılma müddətlərinə görə qarşılıqlı cavabdehliyin müəyyən edilməsi haqqında; Təsdiq edilmiş kompleks tariflər üzrə məlumat formatının işlənilməsi, razılaşdırılması və Assosiasiyanın, üzvlərinin, eləcə də Konsorsium üzvlərinin saytlarında yerləşdirilməsi haqqında; Qazaxıstandan Gürcüstan limanları vasitəsilə taxıl yüklərinin zəmanətli daşınma həcminin yenidən baxılması haqqında; Ümumi yığıncaq qərarlarının Konsorsium tərəfindən icrasına dair Assosiasiya hesabatı haqqında məsələlər müzakirə olunub.

Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutundan səmərəli istifadəsi, dəhlizin potensialından istifadə edilməsinin, bu marşruta yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb, tarif dərəcələri üzrə məlumatın Assosiasiyanın və onun üzvlərinin saytlarında yerləşdirilməsinin formatı tərtib olunaraq razılaşdırılıb.

İştirakçılar həmçinin yeni üzvlərin qəbulu ilə bağlı məsələni müzakirə ediblər. Rumıniyanın “Grampet Group” və Qazaxıstanın “İstkomtrans” şirkətləri “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub.

Tədbirin sonunda müvafiq protokol imzalanıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016