Taking too long? Close loading screen.

Azərbaycan Dəmir Yollarının imkanları Türkiyədə sərgiləndi

2018-11-16

14-16 noyabr 2018-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində nəqliyyat və logistika şirkətləri arasında nüfuz qazanan “Logistrans – 2018” adlı beynəlxalq nəqliyyat və logistika sərgisi keçırılib. Tədbirdə iştirak edən, 25-dən artıq ölkədən 150-dən artıq şirkət təmsilçiləri nəqliyyat sahəsində tətbiq edilən yeni texnologiyalar, daşıma mexanizmləri, dəmir yolu infrastrukturu, tikinti və yeni logistika istiqamətləri təqdim edirlər.

Sərgidə Azərbaycan dəmiryolçuları da iştirak ediblər. “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Express” və “ADY Container” şirkətləri, birgə təmsil olunduğu stenddə ilk növbədə Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi uğurlar, ölkəmizin tranzit potensialı və yeni layihələr haqqında məlumatlarla ziyarətçilərlə bölüşüblər. Azərbaycan təmsilçiləri, Bakı-Tbilisi-Qars, Astara-Astara kimi dəmir yolları layihələri, Avropa-Qafqaz-Asiya, Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri haqqında sərgi iştirakçılarına geniş məlumatlar təqdim edərək, yük sahibləri və logistika sahəsində fəaliyyət göstərən iri Türkiyə və Beynəlxalq şirkətlərlə danışıqlar aparıblar. Qarşılıqlı əməkdaşlıqla bağlı aparılan danışıqlarda, Azərbaycan ərazisindən keçən beynəlxalq tranzit marşrutlardan istifadə etməklə, yüklərin nəqli məsələləri diqqət mərkəzində olub. Azərbaycan dəmiryolçuları, beynəlxalq şirkətlərinin nümayəndələrini, yükdaşımalar sahəsində təklif elədikləri geniş çeşid xidmətlərdən yararlanmağa dəvət ediblər.

Sərgi çərçivəsində “Orta koridor” – TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutuna daxil olan şirkətlər də Nəqliyyat dəhlizinin imkanlarını təqdim ediblər. TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası tərəfindən təşkil olunan “Orta koridorun Türkiyə və Avrasiya regionu üçün imkanlar və çağırışları” adlı biznes sessiyada marşrut haqqında, onun imkanları, həyata keçırılən infrastruktur layihələr, yükgöndərən və yükdaşımalarla məşğul olanlar üçün yaradılan şərait və perspektivləri barədə ətraflı məlumatlar çatdırılıb. Sessiyada çıxış edən “ADY Express” şirkətinin direktor müavini Elçin Əhmədov, Avropa-Asiya marşrutunda yükdaşımalar sistemində Azərbaycanın yeri və oynadığı rolu haqqında ətraflı məlumatlar verərək, yeni inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı və Azərbaycanda nəqliyyat sahəsində yürüdülən siyasətin, yaratdığı geniş imkanlar haqqında söhbət açıb.

Qeyd edək ki, sərgi çərçivəsində, dünyanın tanınmış və nüfuzlu şirkətləri ilə çoxsaylı görüşlər keçirilib və danışıqlar aparılıb. “Logitrans-2018” sərgisi bir daha Azərbaycan dəmir yollarının dəyərini göstərməklə, Avrasiya məkanında qlobal yükdaşımalar sistemində üstünlüyünü bir daha nümayiş etdirdi və Azərbaycan dəmir yollarının təqdim etdiyi yeni logistika məhsullarına yükdaşımalar bazarında böyük marağın olduğunu göstərdi.

 

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016