Taking too long? Close loading screen.

Cavid Qurbanov Belarusda saziş imzaladı

2018-11-19

“Azərbaycan Dəmir Yolları” QSC və “Belarus Dəmir Yolları” Dövlət Birliyi ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökümətlərarası komissiyasının 11-ci iclasının yekunları üzrə qarşılıqlı faydalı əməkdaşlıq haqqında saziş imzalayıblar.

“Belarus Dəmir Yolları”nın rəisi Vladimir Morozov bildirib ki, iki ölkə dəmir yolları arasında qarşılıqlı əlaqə ənənəvidir, bağlanmış saziş artıq mövcud işlərin formallaşdırılması üçün deyil, həm də bu layihə yeni təkan verəcək.

V.Morozov deyib: “Belarus və Azərbaycan arasında daha rahat və sabit nəqliyyat əlaqələrinin qurulması nəzərdə tutulur. Xüsusən “Şimal-Cənub” inkişaf etdirilməsi, Hindistan, İran, Azərbaycan və Belarusdan yüklərin nəqli üçün şərait yaradılması çox vacibdir. İmzalanan saziş tarif və texnoloji istiqamətlər üzrə işçi qruplatın yaradılmasını da nəzərdə tutur”.

“Belarus Dəmir Yolları”nın rəisi daha sonra əlavə edib ki, 2 ölkə arasında yüklərin 96 faizi dəmir yolu vasitəsi ilə daşınır:

“Biz həcmin artırılmasında maraqlıyıq. Bunun üçün uyğun tariflər, yaxşı logistika xidmətləri, heyət, eləcə də iki ölkənin müvafiq idarələri arasında dəqiq iş aparılması lazımdır. Tranzit dəhlizinin böyük hissəsi Rusiya Federasiyasının ərazisindən keçir. Biz tərəfdaşlamızla tarif və texnoloji məsələləri razılaşdırmaq istiqamətində işləyirik”.

Qeyd edək ki, “Şimal-Cənub” tranzit dəhlizi Şimali Avropanı Hindistan və Cənub-Şərqi Asiya ilə birləşdirmək üçün nəzərdə tutulub. Bu layihə həmçinin İran, Azərbaycan və Rusiya dəmir yollarının birləşdirilməsində bağ rolunu oynayacaq.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016