Taking too long? Close loading screen.

Moskvada Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizinə dair görüş

2018-11-23

22-23 noyabr 2018-ci il tarixində Rusiyanın paytaxtı Moskva şəhərində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin işçi qrupunun görüşü keçirilib. Görüşdə Rusiya, Belarus, Azərbaycan və İran dəmir yollarının rəhbər heyəti və ekspertləri iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov başçılıq edib. Aparılan müzakirələrdə, nümayəndə heyətinə daxil olan “ADY Express” və “ADY Container” MMC-lərin rəhbərləri də iştirak ediblər.
2 gün ərzində, ekspertlər səviyyəsində, daha sonra rəhbər heyətinin müzakirələrində, Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizinin inkişafına dair mühüm məsələlər diqqət mərkəzində olub. Belə ki, 4 tərəfli görüşdə, nəqliyyat dəhlizinin işçi qrupunun əvvəlki qərarlarının icra edilməsi, Hindistan-İran-Azərbaycan-Rusiya marşrutunda yük daşımalarında vahid operatorun yaradılması, dəhliz vasitəsi ilə yüklərin Belarus və daha sonra Avropaya nəql edilməsinin perspektivləri, Hindistanla İran arasında müntəzəm gəmi reysinin təşkili, Rəşt-Astara dəmir yolunun tikintisinin vəziyyəti və 2019-cu il üçün dəhlizdə daşınan yüklərə tətbiq ediləcək tariflər müzakirə olunub. Bundan başqa, Azərbaycan Dəmir Yolları tərəfindən İranın Astara şəhərində inşa etdirdiyi Astara yük terminalının fəaliyyəti və 2018-ci ilin 10 ayı ərzində terminal vasitəsi ilə daşınan yüklərin həcmi və növü haqqında məlumat dinlənərək tikinti işlərinin hazırki vəziyyəti barədə informasiya verildi.
İşçi qrupunun yığıncağında Hindistandan marşruta yüklərin cəlb edilməsi məsələsini də müzakirə edilərək, Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizində daşınan yüklərə güzəştlərin tətbiq edilməsinin mümkünlüyü haqqında fikir mübadiləsi aparılıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016