Taking too long? Close loading screen.

Rusiya dəmirinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınması davam etdirilir.

2018-12-13

Rusiyanın Maqnitoqorsk Metallurgiya kombinatının yükləri Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə nəql edilməkdə davam etdirilir. Bu vaxta kimi Rusiyada istehsal edilən dəmir Türkiyəyə konteynerlər vasitəsi ilə daşınırdısa, artıq nəql prosesi yük vaqonlar vasitəsi ilə həyata keçirilməyə başlanılıb. Daha çox yükgötürmə qabiliyyətinə məxsus yük vaqonlar vasitəsi ilə daşımanın həyata keçirilməsi iqtisadi cəhətdən səmərəli sayılır. Yüklərin daşınması “ADY Express” MMC-nin operatorluğu ilə həyata keçirilir və əvvəlki kimi Maqnitoqorsk Metallurgiya kombinatının Türkiyədəki törəmə müəssisəsinə daşınır.

Dəmir ilə yüklənmiş vaqonlar Rusiyanın Maqnitoqosrk-Qruzovoy stansiyasından yola salınıb. Rusiya, Azərbaycan və Gürcüstandan keçərək, Gürcüstanın Axalkalaki stansiyasında təkər cütlərinin dəyişdirilməsi əməliyyatımdan sonra, Qarsa yola salınıb oradan da Türkiyənin Payas stansiyasına çatdırılacaq. Ümumən 17 gün ərzində yük vaqonları 5 min km yaxın məsafəni qət edir. 6 yarımvaqon tipli yük vaqonlarda ümumın 372 ton dəmir nəql edilir ki, bu da Maqnitoqorsk Metallurgiya kombinatı üçün test olaraq həyata keçirilir. Test daşıması uğurlu olacağı təqdirdə, bunda sonra həmin yüklər konteyner yox məhz yük vaqonlar vasitəsi ilə nəql ediləcək.

Xatırladaq ki, bu vaxta kimi, Maqnitoqorsk Metallurgiya kombinatı öz məhsulunu Türkiyəyə Qara dəniz vasitəsi ilə çatdirirdı. Ümumiyyətlə isə Maqnitoqorsk Metallurgiya kombinatı Türkiyəyə ayda 60 min tona yaxın dəmir məhsulu göndərir ki, onun da bir hissəsini artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəql edilir.

 

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016