Taking too long? Close loading screen.

Astara terminalında davam etdirilən işlər daim diqqət mərkəzində

2019-03-09

Martın 6-da İranın Gilan vilayətində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsinin açılışında iştirak etmək üçün, Azərbaycan nümayəndə heyəti tərkibində qonşu ölkəyə səfər edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, səfər çərçivəsində İranın Astara şəhərində inşası davan etdirilən Astara yükaşırma terminalına baş çəkib.
Terminalda bu vaxta qədər aparılan işlərlə yerində tanış olan, Cavid Qurbanov bundan sonrakı inşahat işləri ilə maraqlanıb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinın mühüm tərkib hissəsi olan Astara yükaşırma terminalında inşahat işləri davam etdirilməsinə baxmayaraq, artıq 2018-ci ildən başlayaraq terminal vasitəsi yüklər daşınır və burada yükaşırma əməliyyatları həyata keçirilir. Yükaşırma əməliyyatlarının texniki prosesi, terminal vasitəsi ilə daşınan yüklərin miqdarı və növü ilə də maralanan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, bundan sonra terminalda görüləcək işlərlə bağlı tapşırıqlarını verib.
İranda jurnalistlərə müsahibə verən Caviq Qurbanov, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Astara terminalının perspektivləri haqqında sualları cavablandırıb.
Qeyd edək ki, Fars körfəzi ilə Qara dəniz və Şimali Avropa ölkələri arasında yükdaşıma əməliyyatlarında mühüm rol oynayan Astara yükaşırma terminalı, Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda 35 hektar ərazidə yerləşir. İnşaat işlərinə 2017-ci ildə, Azərbaycan və İran Hökumətlərarası razılaşmaya əsasən start verilib. Tikintisi “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılan Astara terminalı, 25 il müddətinə Azərbaycana icarəyə verilib.

 

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016