Taking too long? Close loading screen.

“ADY Express” MMC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yeni növ tranzit yükün nəqlinə start verdilər

2019-07-31

İrihəcmli tranzit yüklərin, Azərbaycandan keçən marşrutlara, cəlb edilməsi istiqamətində həyata keçirilən çoxşaxəli işlər öz bəhrəsini verməkdədir. Ölkəmizdə bunun üçün yaradılan yeni infrastrukur imkanları və həyata keçirilən çevik tarif siyasəti, ərazimizdən keçən beynəlxalq tranzit yolları daha da cəlbedici edir və rəqabətliliyini artırır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin birgə səyləri nəticəsində, ilkin həcmi 40 000 ton təşkil edən yeni növ tranzit yükün – Nitrat Ammoniumun (Selitra) daşınması Gürcüstan tərəfi ilə razılaşdırılıb və bu yükün nəqlinə start verilib. Ekspeditor rolunda çıxış edən “ADY Express” şirkəti Gürcüstanın Rustavi şəhərindən 126 vaqondan ibarət olan Selitarnın ilk göndərişini Ələtdə yerləşən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdırılmasını həyata keçirib.
Limanda isə 8 800 ton Selitranın 2 gəmiyə aşırılması uğurla reallaşdırılıb və yük Türkmənbaşı Limanına yola salınıb. Razılaşmaya əsasən ilkin həcmin (40 000 ton) avqust ayında nəqli həyata keçirildikdən sonra cari ilin sonunadək eyni marşrutla əlavə 80 000 ton Selitra yükünün daşınması nəzərdə tutulur.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016