Taking too long? Close loading screen.

“ADY Express” daha bir yeni növ yükləri Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmasına cəlb edib

2019-09-16

Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutlara yeni yükləri cəlb edərək, onların nəql prossesini təşkil etməkdə əsas vəzifəsi olan, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC daha bir neçə yeni növ yükləri Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə daşımağa başladı. ADY Express buna, Bakı-Tbilisi-Qars dəmir yolunun yatardığı yeni cəlbedici imkanların hesabına nail oldu.
Aparılan danışıqlar nəticəsində, bu dəfə test olaraq Türkiyədən Türkmənistana qarışıq yüklər daşınıb. 12 yük avtomobili ilə Türkiyənin Qars stansiyasına çatdırılan yüklər, burada ADY Express-ə məxsus və təqdim etdiyi 4 ədəd yarımvaqona aşırılaraq, yola salınmışdır. Gürcüstanın Axalkalaki stansiyasında təkər cütləri dəyişdiriləndən sonra, vaqonlar Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdırılıb, buradan isə Türkmənbaşı limanına bərə vasitəsi ilə nəql edilib.
Qeyd edək ki, 220 tona yaxın yük, Türkiyədən Türkmənistana qısa müddət ərzində, 5 günə çatdırılıb. Bu isə ənənəvi avtomobil yolu ilə daşımadan fərqli olaraq, tranzit vaxtının azı 2 dəfə azalması deməkdir. Bunu avtomobil yollarında yaranmış trafik və sərhədlərdəki avtomobil sıxlığı ilə yanaşı, dəmir yolunun sürət və çevikliyi ilə əlaqələndirmək olar. İmzalanmış müqaviləyə əsasən, “ADY Express” şirkəti ümumən 50 000 ton bu növ yüklərin, Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəqlini həyata keçirəcək.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016