Taking too long? Close loading screen.

“ADY Express”- in təlim və inkişaf mərkəzində ilk təlimlər keçirildi

2019-09-19

“Azərbaycan Dəmir Yolları” QSC və onun törəmə şirkəti olan “ADY Express” MMC nəqliyyat sektorunun ayrılmaz bir hissəsi kimi, daim inkişaf edir və yeni texnologiyaların tətbiqi sahəsində modernləşir. Yeni innovativ texnologiyaların tətbiqini bacarıqlı və peşəkar mütəxəssislər olmadan həyata keçirmək mümkün deyil. Daim peşəkar kadrların hazırlanmasına böyük diqqət yetirən “ADY Express” Təlim və İnkişaf mərkəzi yaradaraq, loqistika və yükdaşımalar sahəsində, dünya ölkələrinin dəmir yolları sisteminə aid təcrübəsini öyrənmək məqsədi ilə, təlim kursların keçirəcəyini planlaşdırır. Kursların, yerli və xarici təlimçilər tərəfindən keçiriləcəyi nəzərdə tutulur. “ADY Express”-ə məxsus və 1964-cü ildə inşa edilmiş binada, əsaslı təmir işləri aparıldıqdan sonra, Təlim və İnkişaf mərkəzi fəaliyyətə başlayıb. Təmirdən sonra burada yaradılmış şərait, müxtəlif təlimlərin keçirilməsinə imkan yaradılıb artıq ilk təlimlər keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Maarifləndirmə və inkişaf mərkəzi tərəfindən təşkil olunan budəfəki təlimlər “İlk tibbi yardım” mövzusunda olub. Təlim, Bakı dəmir yolu xəstəxanasının həkim-təlimçisi tərəfindən aparılıb və ilk həkiməqədər yardıma həsr olunub. Təlimdə ADY Express-ə məxsus Biləcəri yuyucu-buxarlayıcı stansiyası və Dəmir yollarının digər müəssisələrində çalışan əməkdaşlar iştirak ediblər. Təlimlərdə məqsəd fövqəlada vəziyyətlərdə yarana biləcək həyati təhlükəni aradan qaldırmaq, insanın həyatı funksiyaların davam etdirilməsini təmin etmək və həkimlərin gəlişinə qədər onun vəziyyətinin pisləşməsini önləməkdən ibarətdir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016