Taking too long? Close loading screen.

“ADY Express” şirkətində Almaniya biznes dairələrinin nümayəndələri ilə görüş keçirilib

2019-09-27

“ADY Express” şirkətində, Bakıda keçirilən Almaniya-Azərbaycan biznes forumunda iştirak edən, Almaniya iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi uğurlar, ölkəmizin tranzit potensialı və yeni layihələr haqqında məlumatlar qonaqların diqqətinə çatdırıldı.
Aparılan danışıqlar zamanı, Avropa ilə Asiya arasında yüklərin nəql edilməsində Azərbaycan dəmir yollarının rolu və Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üstünlükləri haqqında danışıldı. Eyni zamanda ölkəmizdə və regionda həyata keçirilən iri infrastruktur layihələri barədə Alman iş adamlarına məlumat verən, ADY Express təmsilçiləri, həmin layihələr hesabına Avropa-Asiya yükdaşımalar sistemində yaranan yeni imkanlar haqqında söhbət açıblar. Bakı-Tbilisi-Qars, Astara-Astara dəmir yolları layihələri, Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri haqqında Alman biznes dairələrinin təmsilçilərinə məlumatlar təqdim edən “ADY Express” MMC-nin nümayəndələri, Alman şirkətlərini yaradılan imkanlardan yararlanmağa dəvət ediblər.
Görüşdə qarşılıqlı maraq kəsb edən, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016