Taking too long? Close loading screen.

Azərbaycanın tranzit imkanları beynəlxalq konfransda təqdim edildi

2019-10-04

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Dağ mədən və metallurgiya yüklərinin dəmir yolu ilə daşınması” adlı 10-cu Beynəlxalq konfrans keçirilib. 2 gün davam edən konfransda əsasən Rusiyanın iri dağ mədən və metallurgiya şirkətlərinin və aparıcı nəqliyyat və loqistika şirkətlərinin nümayəndələri, dağ mədən və metallurgiya yüklərinin nəqli perspektivləri, həmin yüklərin axın istiqamətləri, dəmir yolu ilə onların effektiv daşınması yolları və digər aktual məslələri müzakirə ediblər.
Tədbirdə iştirak edən “ADY Express” MMC-nin nümayəndələri həmin növ yüklərin, Rusiyadan cənub-qərb istiqamətində nəqli məsələlərini təqdim ediblər. Azərbaycan Dəmir Yollarının, Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri infrastruktur layihələrinin imkanlarını konfrans iştirakçılarının diqqətinə çatdıran, şirkət nümayəndələri, Türkiyə və digər ölkələrə bu növ yüklərin daşınmasında, Azərbaycan ərazisindən keçən tranzit marşrutlarının üstünlüklərini nümayiş etdiriblər. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanaları ənənəvi marşrutlardan daha əlverişlidir. Azərbaycan ərazisindən keçən dəmir yolu marşrutu, nəqliyyat növünün dəyişmədən, Bakı-Tbilsi-Qars dəmir yolu vasitəsi ilə daha tez və əlverişli şərtlərlə yüklərin ünvana çatdırılmasına imkan yaradır. Yüklərin həm Türkiyəyə həm də, Türkiyənin aralıqı dənizindəki limanlar vasitəsi ilə, digər ölkələrə daşınmasının həll variantları təklif edən ADY Express şirkəti, iri yük sahiblərinə, yeni loqistik məhsul sərgilədi.
Konfrans çərçivəsində Rusiyanın iri istehsalçıları ilə ikitərəfli görüşlər keçirən ADY Express nümayəndələri, artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə dağ mədən və metallurgiya yüklərinin daşınmasına dair sifarişlər alıblar. Yaxın zamanlarda həmin yüklərin nəqlinə başlanılacaq.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016