Taking too long? Close loading screen.

MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası Minskdə keçirilir

2019-10-17

Belarus Respublikasının paytaxtı Minsk şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası keçirilir.

İclasda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Tədbirdə Şuranın 70-ci iclasının qərarlarının həyata keçirilməsi və 2019-cu ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, 2019-cu ilin 8 ayı ərzində beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri, 2019-2020-ci illər üçün qatarların hərəkət cədvəlinin tərtibinin yekunları, yük qatarlarının və konteynerli vaqonların tərtib edilməsi planı, 2019-cu ilin may ayında keçirilən yük qatarlarının siyahıyaalınmasının nəticələri, 2019-cu ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmaların vəziyyəti, İran İslam Respublikası dəmir yolu administrasiyasına assosiasiya üzvü statusunun verilməsi, 2020-ci fraxt ili üçün beynəlxalq istiqamətdə yüklərin daşınması üçün dəmir yollarının tarif siyasəti, Dəmir yolu administrasiyalarının elmi-tədqiqat və praktiki-layihələndirmə işləri planı müzakirə olunur.

Eyni zamanda, iclas iştirakçıları 2020-ci il üçün Şura müdiriyyətinin fəaliyyətinin təmin edilməsinə dair xərclər smetası, “Rusiya Dəmir Yolları” ASC-nin filialı olan Baş Hesablama Mərkəzinin xərclərinin əvəz edilməsi də daxil olmaqla, dəmir yolu administrasiyalarının Məlumat-Hesablama Mərkəzlərinin fəaliyyətinin təmin edilməsinə dair 2020-ci il üçün xərclər smetası, 2020-ci ildə “Fəxri dəmiryolçu” döş nişanının paylaşdırılması, Şuranın 72-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi və digər məsələlərə öz münasibətlərini bildirəcəklər.

İclasın sonunda yekun protokolu imzalanacaq.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016