Taking too long? Close loading screen.

Tbilisidə “TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib

2019-10-22

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun da iştirak etdiyi tədbirə, Assosiasiyaya daxil olan bütün qurumların rəhbərləri qatılıblar.
İclasda “Orta dəhliz”ə yeni növ yüklərin cəlb olunması və 2020-ci il üçün vahid şəffaf tarif siyasəti məsələləri müzakirə olunub. Ukraynanın “TIS Konteyner Terminalı” və “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin Beynəlxalq Assosiasiyaya qəbul olunması barədə qərar qəbul edilib.
Bundan başqa Azərbaycan və Qazaxıstan limanları arasında “Orta dəhliz”də daşınmaların ümumi effektivliyinin artırılması və konteyner daşımalarının asanlaşdırılması məqsədilə avtomatik məlumat mübadiləsi barədə razılıq əldə olunub.
21-22 oktyabr tarixlərində, 2 gün davam edən tədbirdə bundan əvvəl Assosiasiyanın İnkişafı üzrə işçi qrupun iclası keçirilib. Toplantıda Gürcüstan, Azərbaycan, Qazaxıstan, Ukrayna, Polşa, Türkiyədən olan dəmir yolu idarələrinin nümayəndələri, liman və loqistika şirkətlərinin 60-dan çox təmsilçisi iştirak edib.
Toplantının sonunda qəbul edilən qərarlara dair yekun protokolu imzalanıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016