Taking too long? Close loading screen.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə irihəcmli yüklər nəql edilməkdə davam edir

2019-10-23

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC, Bakı-Tbilisi-Qars dəmir yolunun yaratdığı imkanlardan istifadə edərək, irihəcmli tranzit yükləri nəql etməkdə davam edir.
Bu dəfə ADY Express, Maqnitoqorsk Metallurgiya kombinatının (MMK) təyin etdiyi logistik şirkət – Rusiyanın “Pervaya Transportnaya Logistiçeskaya Kompaniya” və Gürcüstandakı tərəfdaş şirkəti olan “GR Logistics and Terminals” ilə birgə MMK-ya məxsus irihəcmli yükü – polad lövhələri, nəql etməyə müvəffəq olub. Daşınan yükün həcmi isə 2232 ton və ya 36 vaqon təşkil etdi. Razılaşmaya əsasən, Rusiyanın “Maqnitoqorsk-Qruzovoy” stansiyasından yola salınan yük Azərbaycandan keçərək Gürcüstanın Alxalkallaki stansiyasına çatdırılıb. Həmin stansiyaya gələn Türkiyəyə məxsus vaqonlara aşırılan yük, daha sonra Qarsa oradan isə Türkiyənin Payas stansiyasına çatdırılıb. Mürəkkəb loqistik əməliyyatı logistik şirkətlərin birgə səyi nəticəsində həyata keçirmək mümkün olub.
Beləliklə, yük qatarı 5 min km yaxın məsafəni, 17 günə qət edərək Rusiya, Azərbaycan və Gürcüstandan keçərək, Qarsa və daha sonra Türkiyənin Payas stansiyasına çatıb.
Maqnitoqorsk Metallurgiya kombinatı ilə bundan sonra da əməkdaşlıq davam edəcək. Şirkətə məxsus daha böyük həcimdə yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəql etməyə nəzərdə tutulur.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016