Taking too long? Close loading screen.

Azərbaycanın dəmir yolunun imkanları Özbəkistanda keçirilən beynəlxalq konfransda diqqət mərkəzində.

2019-10-31

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “BREAKBULK CASPIAN 2019” adlı konfrans keçirilib. 2 gün davam edən konfransda əsasən Özbəkistan və Mərkəzi Asiya ölkələrinin və onların xarici tərəfdaşlarının, iri yük sahibləri, aparıcı nəqliyyat və loqistika şirkətlərinin nümayəndələri, idxal, ixrac və tranzit yüklərinin nəqli perspektivləri, həmin yüklərin axın istiqamətləri, dəmir yolu ilə onların effektiv daşınması yolları və digər aktual məsələləri müzakirə ediblər.
Tədbirdə iştirak edən “ADY Express” MMC-nin nümayəndələri həmin növ yüklərin, Özbəkistan və Mərkəzi Asiya ölkələrindən şərq-qərb istiqamətində nəqli məsələlərini təqdim ediblər. Azərbaycan Dəmir Yollarının, Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri infrastruktur layihələrinin imkanlarını konfrans iştirakçılarının diqqətinə çatdıran, şirkət nümayəndələri, Qərb istiqamətində bu növ yüklərin daşınmasında, Azərbaycan ərazisindən keçən tranzit marşrutlarının üstünlüklərini nümayiş etdiriblər. Konfransda çıxış edən ADY Express şirkətinin nümayəndəsi, Azərbaycanın dəmir yolu daşımalarında tranzit imkanları haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolun və digər mühüm infrastruktur layihələrinin imkanaları Azərbaycanın tranzit potensialını artırır. Azərbaycan ərazisindən keçən dəmir yolu marşrutları daha tez və əlverişli şərtlərlə yüklərin ünvana çatdırılmasına imkan yaradır. Yüklərin həm Türkiyəyə həm də, Türkiyənin aralıqı dənizindəki limanlar vasitəsi ilə, digər ölkələrə daşınmasının həll variantları təklif edən ADY Express şirkəti, iri yük sahiblərinə, yeni loqistik məhsul nümayiş etdirdi.
Konfrans çərçivəsində Özbəkistan və Mərkəzi Asiya regionunun digər ölkələrinin, eləcə də Türkiyə, Rusiya və Avropanın iri yük sahibləri ilə ikitərəfli görüşlər keçirən ADY Express nümayəndələri, gələcək əməkdaşlığının perspektivlərini müzakirə ediblər.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016