Taking too long? Close loading screen.

Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun inkişafına dair İşçi Qrupun 4-cü iclası keçirilib

2019-11-30

Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun inkişafına dair İşçi Qrupun 4-cü iclası keçirilib. Yığıncaqda Azərbaycan, Rusiya, Belarus, İran dəmir yollarının və Hindistanın CONCOR – konteyner korporasiyasının nümayəndə heyətləri iştirak ediblər. İşçi qrupunun iclasına “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətləri olan “ADY Express” və “ADY Container” MMC-lərin rəhbərləri də qatılıblar.
28-29 noyabr 2019-cu il tarixlərində, 2 gün ərzində keçirilən iclasda Hindistan-İran-Azərbaycan-Rusiya-Belarus-Avropa marşrutunda yükdaşımalar sisteminin inkişafı və təkmilləşdirilməsi prossesləri müzakirə edilib. Tərəflər Hindistandan İran, Azərbaycan, Belarus və Avropaya nəql olunan yüklər haqqında infomasiyanı təhlil edərək həmin yüklərin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə cəlb olunması məsələsini araşdırıblar. Bundan başqa marşrutda yüklərin nəqli prossesi zamanı yaranan problemlər və onların həllini müzakirə edərək, həyata keçirilən infrastruktur layihələrin icrası məsələlərini də diqqət mərkəzində saxlayıblar. Bunların arasında İran ərazisində tikintisi davam etdirilən Astara yük terminalı və Rəşt-Astara dəmir yolunun inşası olub. Astara yük terminalında aparılan inşa işlərə haqqında geniş təqdimat olunub, onun hazırki vəziyyəti və perspektivləri barədə danışılıb. Terminaldan aşırılan artan yük həcmləri qeyd olunaraq onların perspektivləri müzakirə olunub. Bildirilib ki, hazırki zamanda Astara terminalı vasitəsi ilə aşırılıan gündəlik yüklərin həcmi eyni dövrlə müqaisədə 30 faiz artırılıb. Toplantıda o da vurğulanıb ki, bu il noyabr ayında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsi ilə İrandan Belarusa ilk dəfə yüklərin nəqlinə start verilib. Marşrutda yüklərin daha tez və effelktiv nəqlinin təşkili üçün Hindistan-İran dəniz marşrutunun inkişafı məslələlərini də müzakirə olunan iclasda, dəhlizdə marketing araşdırmaların aparılması və vahid operatorun yaradılması zəruriliyi vurğulanıb.
İclasın yekununa dair tərəflər arasında protokol imzalanıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016