Taking too long? Close loading screen.

Şimal-Cənub dəhlizi vasitəsi ilə yükdaşımaların həcmi artır

2019-12-09

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC, operator olduğu, Astara yük terminalından 2019-cu il noyabr ayı ərzində rekord həddə yükaşırma əməliyyatı həyata keçirib. Bu isə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində yükdaşımalarının həcminin artırılması nəticəsində mümkün olub.
Belə ki, Azərbaycan-İran sərhədi yaxınlığında və qonşu dövlətin ərazisində yerləşən Astara yük terminalı vasitəsi ilə noyabr ayında 40 472 ton yük aşırılıb ki, bu da bu vaxta qədər 1 ay ərzində aşırılan yüklərin həcmində rekord göstərici hesab edilir. Bu vaxta qədər, Astara terminalından aşırılan yüklərin həcmi 30 min tondan artıq olmayıb. Müqayisə üçün onu da bildirək ki, ötən ilin noyabr ayında bu göstərici 27 031 ton təşkil etmişdi. Bu isə hazırda aşırılan yüklərin həcmində 33 % artım olduğunu göstərir. Onu da qeyd edək ki, 2018-ci il ərzində Astara terminalı vasitəsi ilə 263 976 ton yük daşınıbsa, 2019-ci il 11 ayı ərzində bu göstərici 329 676 ton təşkil edib. Azərbaycandan tranzit kimi nəql olunan yüklər, həm Rusiyadan İrana həm də əks istiqamətində daşınan yüklərdir. Buların arasında əsasən, taxta və taxta məmulatları, dənli bitkilər, tikinti materialları və meyvə-tərəvəz yükləridir.
Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astara terminalının inşasına 2016-cı ildə start verilib, 2018-ci il mart ayında tikintinin birinci fazası yekunlaşdırıldı. Yükaşırma əməliyyatları isə terminalda 2018-ci ilin fevral ayından həyata keçirilir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016