Taking too long? Close loading screen.

Yük qatarlarında dezinfeksiya işləri davam etdirilir

2020-03-10

Koronavirusla bağlı “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda dezinfeksiya tədbirlərini davam etdirir. Sərhəd keçid məntəqələrində sərnişin stansiyaları ilə yanaşı yük qatarlarında da dezinfeksiya işləri aparılır.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Həkim-Sanitar Xidmətinin dezinfektorları İran İslam Respublikasından ölkə ərazisinə daxil olan yük qatarlarında müntəzəm qabaqlayıcı tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, koronavirusla mübarizə tədbirləri Yalama və Böyük Kəsik sərhəd keçid məntəqələrində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə aparılır.

Profilaktik tədbirlər nəinki qatarlarda, stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir.

Xatırladaq ki, koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-də xüsusi qərargah yaradılıb. Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının qaynar xətti fəaliyyət göstərir: +994 12 499 61 11

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016