Taking too long? Close loading screen.

Biləcəri Yuyucu-Buxarlayıcı stansiyası xüsusi karantin rejimi çərçivəsində fəaliyyətini davam etdirir

2020-04-12

“ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən Biləcəri Yuyucu-Buxarlayıcı stansiyası, Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı İlham Əliyevin göstərişi əsasında və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlarına uyğun olaraq, tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində fəaliyyətini davam etdirir.
Regionda yeganə bu cür stansiya olan, Biləcəri Yuyucu-Buxarlayıcı stansiyası, neft və neft məhsullarının daşınmasında strateji əhəmiyyətə malikdir. Belə ki, çən vaqonlarında neft və yanar qazların qalıqlarının təmizlənməsi, bu cür yüklərin dəmir yolu vasitəsi ilə daşınmasının əsas təhlükəsizlik tədbirlərindən sayılır.
Bunu nəzərə alaraq, ADY Express şirkəti, xüsusi karantin rejiminin tətləblərinə uyğun olaraq, Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında çalışan əməkdaşların təhlükəsizliyini qorumaq məqsədi ilə bütün lazım olan təhlükəsizlik tədbirləri həyata keçirib. Stansiyada növbəli iş rejimi yaradılıb, dezinfeksiya işləri mütəmadi olaraq aparılır, əməkdaşlar şəxsi qoruyucu alətlərlə təmin edilib və beləliklə stansiyanın fasiləsiz fəaliyyəti təmin edilib.
2020-ci ilin ilk 3 ayı ərzində, Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında 1280 çən vaqonun içəridən və 65 vaqonun xaricdən yuyulması həyata keçirilib. Bununla stansiya, Azərbaycan dəmir yollarında neft və neft məhsullarının daşınması prosesinin, təhlükəsiz həyata keçirilməsinə öz tövhəsini vermiş oldu.
Sonda bir daha, əhalini Azərbaycan Hökumətinin tətbiq etdiyi xüsusi karantin rejiminin qaydalarına ciddi riayət etməyə çağırırıq.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016