Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında rekord sayda çən vaqonlar yuyulub

2020-06-10

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında 2020-ci il may ayı ərzində rekord sayda çən vaqonlar yuyulub. Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində fəaliyyətini quran syansiyada, ötən ay ərzində 1139 çən vaqonu yuyulub, onlardan 1098 daxildən, 41 ədədi isə xaricdən təmizlənib. Bu rəqəm, bu vaxta qədər 1 ay ərzində stansiyada yuyulan vaqonların sayında rekord göstərici hesab edilir. Bu vaxta qədər ay ərzində yuyulan vaqonların sayı orta hesabla 450-650 arasında dəyişirdi.
Yuyulan vaqonlarının sayının artması, Yuyucu-Buxarlayıcı stansiyada aparılan yenidənqurma işləri nəticəsində tətbiq edilən müasir texnologiyaların sayəsində mümkün olub. Hazlrda stansiyada bütün prosseslər tam avtomatlaşdırılıb. Ümumiyyətlə isə 2020-ci ilin 5 ayı ərzində stansiyada yuyulan çən vaqonlarının sayı 3156 ədəd olub. Müqaisə üçün onu da bildirək ki, ötən ilin eyni dövründə bu göstərici 2023 vaqon təşkil etmişdi. Bu isə hazırda yuyulan çən vaqonlarının sayında 35 % artım olduğunu göstərir.
Məlumat üçün bildirək ki, regıonda yeganə bu cür stansiya olan, Biləcəri Yuyucu-Buxarlayıcı stansiyası, neft və neft məhsullarının daşınmasında strateji əhəmiyyətə malikdir. Belə ki, çən vaqonlarında neft və yanar qazların qalıqlarının təmizlənməsi, bu cür yüklərin dəmir yolu vasitəsi ilə daşınmasının əsas təhlükəsizlik tədbirlərindən sayılır. Bununla stansiya, Azərbaycan dəmir yollarında neft və neft məhsullarının daşınması prosesinin, təhlükəsiz həyata keçirilməsinə öz tövhəsini vermiş oldu.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016