Taking too long? Close loading screen.

“ADY Express” BTQ ilə yeni yüklər nəql edir

2020-06-18

Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin nəqlinə başladı. Bu dəfə şirkət, Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə yüklərin daşınmasına start verib.
ADY Express Türkiyə və Gürcüstandakı tərəfdaşları ilə birgə polad və plastmass borular və beton dirkləri, Türkiyədən Azərbaycana nəql etməyə müvəffəq olub.
250 ton polad borular, 26 yarımvaqonda Bakı-Tbilisi-Qars dəmir yolundan keçməklə Tükriyədən Gəncə şəhərinə daşınıb.
100 to plastmass borular, 11 platformaya yüklənərək, Türkiyədən Şəmkirə nəql edilib.
600 ton beton dirəklər isə, 10 yarımvaqonda BTQ vasitəsi ilə Türkiyədən Abşerona çatdırılıb.
Bütün yüklərin çatdırılma vaxtı (tranzit vaxtı) 3 gün təşkil edib. Yüklər Türkiyədən Gürcüstanın Axalkalaki stansiyasına çatdırılaraq, burada vaqonlarda təkər arabacıqların dəyişdirilməsi əməliyyatından sonra Azərbayacana yollarını davam etdiriblər.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars daəmir yolu vasitəsi ilə bu növ yüklərin daşınmasının davamlı olacağı nəzərdə tutulub.
Beləliklə BTQ dəmir yolunun yaratdığı imkanlar, yük sahiblərinə bu yolla məhsullarının daşınmasına gözəl şərait yaradaraq, yüklərin nəqlinin daha rahat, sürətli və təhlükəsiz edir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016