Taking too long? Close loading screen.

TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair işçi qrupunun iclası keçirilib

2020-08-27

TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBND) videokonfrans şəkilində növbəti iclası keçirilib. Tədbirdə Azərbaycan dəmiryolçuları tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov və QSC-nin törəmə şirkətləri olan “ADY Express” və “ADY Container” MMC-lərin rəhbərləri iştirak ediblər.
Videokonfrans zamanı, “Azərbaycan Dəmir Yolları” QSC və “Qazaxıstan Temir Jolı” SC-nin birgə təşəbbüsü olan, TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizində rəqəmsal dəhlizin yaradılması, marşrutda yüklərin nəqli zamanı kağızsız sənəd dövrüyyəsi ilə bağlı gerçəkləşdirilən pilot layihəsinin fəaliyyətinə dair hesabat dinlənilib. Beynəxalq rəqəmsal dəhlizinin yaradılması ilə bağlı ümumi konsepsiyanın işlənilərək, TBND-nin ümumi iclasında qəbul olunması dair qərar qəbul edilib.
Bundan başqa, TBND-də birgə müəssisənin yaradılmasına dair tapşırığın yerinə yetirilməsi məsələsinə baxılıb və 2020-ci ilin ilk 7 ayı ərzində Aktau-Bakı-Aktau marşrutu üzrə xidmət göstərən fider xəttinin fəaliyyəti haqqında “Kazmortransflot” şirkətinin hesabatı dinlənilib. İclasda eyni zamanda, TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizində 2020-ci ilin axırına qədər qüvvədə olacaq kömür və kokc yüklərinin vaqonla daşınmasına dair tariflər müyyən edilib. Cari məsələlərlə yanaşı, TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə TRACECA dəhlizi arasında əməkdaşlıq haqqında memorandum da müzakirə edilib. Sonda iclasın yekununa dair protokol qəbul olunaraq imzalanıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016