Taking too long? Close loading screen.

ADY Express dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığı genişləndirir

2020-09-10

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olaraq “ADY Express” MMC dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığı genişləndirməyə davam edir. Hazırda şirkət dünyanın aparıcı gübrə istehsalçısı olan “EuroChem” şirkəti ilə işbirliyi quraraq, həmin şirkətin məhsulların nəql edir.
Şirkətə məxsus gübrə Azərbaycana idxal rejimdə və ölkəmizin ərazisindən keçməklə tranzit rejimində daşınır. 2 gün öncə “EuroChem” şirkətinin istehsalı olan 7 vaqondan ibarət olan gübrənin növbəti partiyası Azərbaycana çatdırılıb. Həmin vaqonlar Zaqatalaya nəql edilib. Yüklər “EuroChem”-ə məxsus zavoddan 7 günə ölkəmizə çatdırılıb.
Ümumiyyətlə isə ilin əvvəlindən “EuroChem”-ə məxsus 14 min tona yaxın yükü 200 vaqonla daşınıb ki, onun da bir qismi Azərbaycan ərazisindən keçməklə tranzit olaraq nəql edilib. ADY Express Azərbaycan üzərindən keçməklə, “EuroChem”-ə məxsus daha çox yüklərin nəql edilməsinə dair şirkətlə danışıqlar aparır. Yaxın zamanlarda daha böyük həcmlərdə həmin yüklərin daşınması planlaşdırılır.
Qeyd edək ki, EuroChem Group AG şirkətinin mənzil qərargahı İsveçrədə olmaqla, əsas aktivləri Rusiya, Qazaxıstan, Belçika və Litvada yerləşdirilib. Şirkət Rusiyanın ən iri gübrə istehsalçısı və ixracatçısıdır.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016