Taking too long? Close loading screen.

Şirkət Haqqında

Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmiz coğrafi cəhətdən Qafqazın əlverişli mövqeyində yerləşir. Bu mövqe Xəzəryanı ölkələrin tranzit yükdaşıma potensialının artırılması istiqamətində bir çox layihələrin həyata keçirilməsi ilə nəticələnib. Ölkə başçısı İlham Əliyevin dəstəyi ilə tranzit yük daşımalarının artırılması istiqamətində nəqliyyat sahəsində bir sıra islahatlar aparılıb və layihələr reallaşdırılır.

Azərbaycanın yaxın zamanlarda nəqliyyat sahəsində böyük tranzit ölkəsinə çevriləcəyini və ölkəmizin dəmir yolları üzrə yük daşıma xidmətlərinin müasir  standartlarına cavab verməli olduğunu nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” QSC yeni struktur vahidi olan  “ADY Ekspress” MMC-ni təsis etmişdir.

“ADY Ekspress”  ölkəmizdə yükdaşımaların həcminin artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün  ekspeditor və iri həcimli yük sahiblərinə  onlayn xidmətlər təklif edir.

“ADY Ekspress” olaraq məqsədimiz Xəzər dənizi, Qara dəniz, Avropa, İran körfəzi, Mərkəzi Asiya və Uzaq Şərq regionlarının bütün sənayə sahələri üçün geniş həcmdə dəmir yolu daşımaları həyata keçirmək və logistika sahəsində əlverişli şəraitin, şəffaf mühitin yaradılmasına nail olmaqdır. Şirkətin başlıca hədəfi dəmir yolu daşımaları sahəsində müştərilərə sifarişə əsasən hazırlanmış, iqtisadi cəhətdən səmərəli və etibarlı logistika həll variantları təqdim etməklə, tarixi İpək yolunun dirçəlişini təmin edərək Asiya ilə Avropa arasında, eyni zamanda Fars körfəsi ilə Rusiya və Avropa ölkələri arasında tranzit yük daşımalarının həcmini artırmaqdır.

Strateji baxış

Strateji baxışımız sürətlə böyüyərək, regionda nəqliyyat və logistika sahəsində liderlər sırasında dayanmaq və dünyanın qabaqcıl şirkətləri arasında qərarlaşmaqdır.

Missiyamız

Müştərilərin gözləntilərini doğruldacaq keyfiyyətli xidmət və məhsul təqdim etmək şirkətimizin əsas missiyasıdır.

Keyfiyyət siyasətimiz

  • Müştərinin ehtiyacını tam olaraq qarşılamaq və müştəri məmnuniyyətini prioritet saymaq;
  • Təqdim etdiyimiz xidmətlərin keyfiyyətini daim artırmaq;
  • Başlanan hər layihəni vaxtında, istənilən keyfiyyətdə və büdcə sərhədləri içində əskiksiz tamamlamaq;
  • İçində olduğumuz cəmiyyətə və ətraf mühitə hörmət, nümunəvi bir quruluş olmaq və işimizi inkişaf etdirərək ölkə iqtisadiyyatının inkişafına bəhrəmizi vermək;
  • İşçilərin inkişafı üçün müntəzəm təlimlər keçirmək.

 Dəyərlər:

  1. Peşəkarlıq

Müştərilərimizə göstərdiyimiz xidmətin əməkdaşlarımız tərəfindən yüksək peşəkarlıqla qarşılanması.

  1. Davamlı təkmilləşmə

Şirkətin və əməkdaşlarının fəaliyyətinin davamlı təkmilləşdirilməsini təmin etmək.

  1. Keyfiyyət

Müştərilərimizin maraqlarını yüksək keyfiyyətli fəaliyyət və xidmətlər vasitəsilə təmin etmək.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016