Taking too long? Close loading screen.

Karyera

 

“ADY Ekspress” – gənc  və dinamik inkişaf edən şirkət olaraq, təcrübəli mütəxəssislərin və istedadlı gənclərin axtarışındadır.

 Siz iddialı və məqsədinizə çatmaq arzusundasiniz ? Komandada işləmək bacarığınız var? Əgər elədirsə o zaman Sizi bizim mütəxəssislər sırasına qoşulmağa dəvət edirik

Bizim şirkət öz əməkdaşlarına karyera inkişafı üçün imkan yaradır. Profesional imkanlarınin nümayiş etdirilməsinə məhdudiyyət qoymuruq, əksinə karyera yüksəlişinə şərait yaradırıq.

Hər şey Sizin istəyiviz və qarşıya qoyduğunuz məqsədlərdən asılıdır – əməkdaşdan şöbə rəhbərinə qədər yüksəlməyə imkanınız var.

Biz işçilərə təklif edirik:

-Rəsmi əmək müqaviləsi

-Əmək qanunvericiliyinin gözlənilməsinə zəmanət veririk.

-Dəmir yolu həmkarlar ittifaqında üzvlük və bununla əlaqəli güzəştlər (aidiyyəti xəstəxanalarda pulsuz xidmət, sanatoriyalarda güzəştli qiymətlər)

Siz öz CV-nizi hr@adyexpress.az göndərməklə və ya saytımızdan ərizə formasını onlayn doldurmaqla bizim kollektivimizin üzvü ola bilərsiniz.

Seçim prosesi ilə aşağıda tanış ola bilərsiniz.

Ərizələrin və cv-lərin yoxlanılması

İnsan Resurslarının idarə edilməsi şöbəsi tərəfindən hər bir müraciət qısa müddət ərzində nəzərdən keçirilir, CV-ləri ilkin mərhələdən uğurla keçən namizədlərlə əlaqə saxlanılır.

Məntiq testi

30 dəqiqə ərzində 15 məntiq və riyaziyyat suallarından ibarət test keçirilir, bu mərhələdən uğurla keçən namizədlər növbəti mərhələ üçün müsahibəyə dəvət edilir.

Müsahibələr

Seçim prosesi 2-3 mərhələli müsahibələrdən ibarət olmaqla həyata keçirilir. Müsahibələrin tarixi namizədlərlə əlaqə saxlanıldıqdan sonra müvafiq olaraq təyin edilir və bu barədə məlumat namizədlərə telefon və ya e-mail vasitəsilə bildirilir.

İlk müsahibə, İR nümayəndələri ilə təyin edilir və bu mərhələdə əsas məqsəd sizin təhsiliniz və iş təcrübəniz haqqında ətraflı məlumat toplamaq və sizi daha yaxından tanımaqdır. Bu mərhələdə, siz həmçinin, “ADY Ekspress” haqqında sizi maraqlandıran sualları ünvanlamaq, müraciət etdiyiniz vəzifə, eləcə də, şirkətin sizə təqdim etdiyi fayda və mənfəətlər barədə ətraflı məlumat əldə etmək və s. kimi imkanlar əldə edəcəksiniz.

İkinci müsahibə, müraciət etdiyiniz vəzifənin müvafiq departament rəhbəri ilə baş tutacaqdır. Bu mərhələdə əsas hədəf sizin iş təcrübəniz və münasib sahə üzrə biliklərinizi aşkara çıxarmaqdır. Bu zaman, zərurət halında, yazılı tapşırıq və ya test mərhələsi də təşkil olunur.

Sonuncu mərhələdə isə müsahibə Şirkətin direktoru ilə tanışlıq mərhələsidir. Həmin mərhələdə yekun seçim edilərək namizədlərdən birinin müraciət etdiyi vəzifəyə təyin edilməsi barədə qərar qəbul edilir.

İş təklifi

Seçilmiş namizədlər seçim mərhələlərinin yekun nəticələri haqqında və mühüm məlumatlar (işə başlama tarixi, əmək haqqı və şirkət tərəfindən təqdim olunan mənfəət və faydalar) barədə e-mail və ya telefon vasitəsi ilə məlumatlandırılırlar.
ADY Ekspress hər zaman istedadlı və bacarıqlı mütəxəssislər axtarışındadır.

“ADY Express” MMC– logistika, satış, biznesin inkşafı və idarəedilməsi, marketinq sahələrində mütəxəssislərin cəlb edilməsində maraqlıdır. Konkret olaraq, yüksək peşə potensialı və təşəbbüskarlığı ilə fərqlənən əməkdaşlara ehtiyacımız var.

Baş maliyyə analitiki

İşin təsviri :

İşə qəbul olunacaq namizəd, Biznesin İnkişafı şöbəsində nəqliyyat və loqistika sahəsində fəaliyyət göstərərək, yerli və beynəlxalq layihələrdə çalışacaq. Bundan başqa, namizəd kənd təsərrüfat, tikinti və digər sahələrə aid layihələrin hazırlanması prossesində maliyyə məsələlərin həllinə tövhəsini verməlidir. Namizəd, şirkətin rəhbər heyəti ilə sıx təmasda işləməklə, tanınmış beynəlxalq şirkətlərlə əlaqələr yaradaraq, işbirliyi təşkil edəcək.   

Öhdəliklər:   

  • Maliyyə göstəriciləri əsasında, analitik təhlil və proqnozların hazırlanması
  • Həyata keçirilən və reallaşdırılması planlaşdırılan layihələrin texniki-iqtisadi əsaslandırılması haqda hesabat hazırlanması
  • Reallaşan layihələrin maliyyə hesabatlarının hazırlanması və şirkətin rəhbərliyinə təqdim edilməsi.    
  • Müvafiq korporativ layihələrin inkişaf etdirilməsi;
  • Şirkətin iştirak edəcəyi layihələrin qiymətləndirilməsi;
  • MDB və digər ölkələrdəki böyük kommersiya və investisiya bankları ilə əlaqə yaratmaq;
  • Yerli və xarici tərəfdaşlar üçün layihə təqdimatlarının hazırlanması.

Tələb olunan bacarıq və təcrübə:

• Maliyyə, mühasibatlıq və menecment sahəsində minimum bakalavr dərəcəsi (Aparıcı xarici universitetdə təhsil arzuolunandır);

• Minimum 2 il audit şirkətləri, bank və ya böyük maliyyə şirkətində iş təcrübəsi arzuolunandır;

• Maliyyə modelləşdirmə, qiymətləndirmə üsulları və maliyyə təhlili bacarığı;

• Maliyyə hesabatları, planlaşdırma və büdcənin formalaşdırılması bacarığı;

• MS Excel, Word and Power Point proqramlarında işləmək bacarığı;

  Prioritetləri müəyyənləşdirmək və  detallara diqqət yetirmək qabiliyyəti;

• Ünsiyyətcil olmaq və təqdimatlar hazırlamaq bacarığı;

• Azərbaycan, rus və ingilis dillərində sərbəst yazı və danışmaq bacarığı;

Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV)  “mövzu” yerinə “Senior Financial Analyst”  sözünü qeyd etməklə hr@adyexpress.az elektron poçtuna göndərsinlər. CV göndərmək üçün son tarix – 30.05.2017.

Kiçik mühasib

Mühasibat uçotu, maliyyə, audit, iqtisadiyyat ixtisasları üzrə yeni məzun olmuş və 2017-ci ildə həmin ixtisaslar üzrə təhsilini bitirəcək şəxslər Kiçik mühasib vəzifəsinə işə dəvət olunurlar.

Tələblər:  

    • Mühasibat uçotu, maliyyə, audit, iqtisadiyyat ixtisasları üzrə yeni məzun olmuş və 2017-ci ildə həmin ixtisaslar üzrə təhsilini bitirəcək şəxslər;
    • MS Office proqramları, xüsusilə MS Excel proqramı üzrə biliklər;
    • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
    • Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyllilik;
    • Komandada işləmək bacarığı, məsuliyyətli və stressə davamlı olmaq;

    Xahiş olunur CV-lərinizi 30 May 2017-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində regionun adı qeyd edilməklə, məs. “Naxçıvan-kiçik mühasib” qeyd etməklə hr@adyexpress.az adresinə göndərəsiniz.

    Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanacaq.

     

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016