Baş nazirlər Cənubi Qafqazda dəmiryolu infrastrukturunun inkişafını müzakirə edib

2020-11-19


Noyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlər, həmçinin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə isə tərəflər telefon danışığı əsnasında Cənubi Qafqazda dəmir yolu infrastrukturunun inkişaf perspektivlərini də müzakirə ediblər.

“Cənubi Qafqazda nəqliyyat rabitəsinin normallaşdırılmasına dair qərarları nəzərə alaraq dəmir yolu infrastrukturunun inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparıldı”, – məlumatda belə deyilir.

Söhbət əsnasında hökumət başçıları sənaye, kənd təsərrüfatı maşınqayırması, əczaçılıq və digər sahələrdə ortaq layihələrin həyata keçirilməsinə xüsusi diqqət çəkərək ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin aktual tərəflərini müzakirə ediblər.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016