ADY Express ixrac rejimində polipropilen yüklərin nəqlini davam etdirir

2020-12-15

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC “SOCAR POLYMER” MMC-nin istehsal etdiyi polipropilen məhsulunu ixrac rejimində Qazaxıstana nəqlini davam etdirir.
Yüklərin daşıma marşrutu Rusiya ərazisindən keçir. ADY Express şirkətinin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək, dəmir yolu vasitəsi ilə Rusiyadan keçməklə Qazaxıstana nəql edilir. Sumqayıt-Yalama-Atırau marşrutu ilə daşınan yüklər, 1202 kilometr yolu 6 günə qət edir. Marşrut boyu daşımanı ADY Express şirkəti həyata keçirir.
2020-ci ilin avqust ayında test rejimində bu yüklərin ilk partiyasının nəqli zamanı, qeyd olunan marşrut effektivliyini göstərmişdir. Uğurla keçən test daşıma, layihənin davamlı olacağına əminlik yaratmışdır. Artıq bu marşrutla ADY Express 1354 ton polipropilen yükünü Qazaxıstana çatdırmağa müvəffəq olub.
Prosses davam etdirilir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət

AzRusTrans

AzRusTrans

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016